"Burberry", "D & G", "DKNY", "D&G" və "Zara" kimi dünya şöhrətli geyim firmaları hicablı qadınlar üçün nəzərdə tutulmuş geyimlərin istehsalını müxtəlif xalqların geyim zövqünə uyğun olaraq artırıb.
"Burberry", "Dolce & Gabbana", "DKNY", "D&G" və "Zara" kimi dünya şöhrətli geyim firmaları hicablı qadınlar üçün nəzərdə tutulmuş geyimlərin istehsalını artırıb.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünya şöhrətli geyim firmaları müxtəlif ölkələrin xalqlarının zövqünə uyğun geyimlər istehsal etməyi planlaşdırır.
Məlumata görə, qadınlar üçün İslami geyimlərinin istehsalı sahəsinə ilk sıralarda Türkiyə, daha sonra BƏƏ və İndoneziya gəlir.
Qeyd edək ki, “Rev” Araşdırma Mərkəzinin məlumatına görə, 2050-ci ilədək müsəlmanların sayı 2, 7 milyard nəfərə çatacaq.
Həmçinin hesablamalara görə, hicab və islami qadın geyimlərinə hər il 5 faiz daha çox vəsait xərclənilir. 2023-cü ildə bu rəqəmin 361 milyard dollar təşkil ediləcəyi bildirilir.