IQNA

99 gündə Quranı bütünlüklə əzbərləyən sudanlı qadınlar

11:22 - April 28, 2024
Xəbər sayı: 3495846
İQNA – Sudan mediası bir qrup sudanlı qadının Quran kursuna getdiyini və 99 gündə bütün Quranı əzbərlədiyini bildirib.

"İQNA", "Əl Nil"-ə istinadən xəbər verir ki, qadınlar üçün xüsusi olaraq Quran hifzi layihəsinin rəhbəri Dr. Amal Abdüsselam 54 sudanlı qadının Quran hifzi kurslarına qatıldığını və 99 gündə bütün Quranı əzbərlədiyini bildirib.

Xəbərdə qeyd olunan Quran əzbərləmə üsulu ilə bağlı əlavə açıqlama verilməyib.

Bu Quran kursuna qatılan 54 qadının təqdir olunması qeyri-rəsmi mərasimdə yarım əsrdən çox Sudanın Əl Damar rayonundakı məscidin imamı olan Dr. Amal Əbdüssəlam və Şeyx Ubeyd Məhəmməd Əlinin səyləri ilə həyata keçirilmişdir.

Bu qədim məscid ictimai ibadət yeri olmaqla yanaşı, həm də maraqlananlar üçün Quran məclisləri və dərslərinin keçirildiyi məkan olub.

4212449

captcha