İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiya həftənin bazar günü, iki gəmi vasitəsi ilə Suriyaya yeni iri çaplı və ağır silahlar yükü yola salıb.
Rusiya bu silahları Suriyaya iki döyüş gəmisi ilə göndərib. Hazırda Suriya yolunda olan gəmidə hərbi maşınlar, tank, ambulans, hərbi yük maşınları və digər döyüş təchizatları vardır.
Putinin dövləti bu addımı ABŞ və müttəfiqlərinin keçən həftənin şənbə günü Suriyaya raket hücumundan sonra atıb.
Rusiyanın gəmilərinin fotoları dəniz yolları nəzarətçiləri tərəfindən keçən həftənin bazar günü, Bosfor boğazında çəkilib. Bu gəmilər Tərtusda Rusiyanın hərbi dəniz qərargahında görülüblər.
Dünya ölkələri hazırda Rusiyanın ABŞ və müttəfiqlərinin son hücumlarına nə cavab verəcəyini gözləyirlər.