IQNA

Şiələrin Ali Dini Lideri:

Problemlərin həlli Qurana təslim olmaq və modern cahiliyyətin önündə dik durmaqdır

8:11 - May 24, 2015
Xəbər sayı: 3306895
Siyasi qrup: Dünya müsəlmanlarının mənəvi dayağı və şiələrin Ali Dini Lideri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xamenei cənabları Quran-Kərimin müsəlmanların fərdi və ictimai həyatlarının bütün sahələrində əsas rola malik olmağının zəruriliyini vurğulayaraq dedi: "Bütün problemlərin həlli Quran hökmlərinin qarşısında əyilmək və təslim olmaq və modern cahiliyyətin önündə dik durmaq, müqavimət göstərmək və bu cahiliyyətin göstərdiyi zorakılığa təslim olmamaqdır".


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Xameneinin dəftərxanasının rəsmi informasiya portalına istinadən verdiyi xəbərə görə  Həzrət Əbəlfəzl Abbasın mübarək doğum günündə İmam Xomeyni (r.ə) adına "Hüseyniyyə" Allah kəlamının nurlu ayələrinin gözəl səsi ilə ruhları təravətlərndirirdi. İran İslam Respublikasında keçirilən beynəlxalq Quran yarışlarının 32-ci turunun bütün iştirakçıları, hakimlər heyəti, Quran hafizləri, peşəkar qiraət ustadları Ali Dini Lider Həzrət Ayətullah Üzma Xamenei ilə görüşmək üçün dünyanın müxtəlif yerlərindən buraya toplaşmışdılar.



Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Xamenei bu görüşdə Quran-Kərimin müsəlmanların fərdi və ictimai həyatlarının bütün sahələrində əsas rola malik olmağının zəruriliyini və bunun üçün isə müsəlmanların iki əsas ünsürə, yəni "bəsirət" (uzaqgörənlik, yüksək dünyagörüşü, ayıq-sayıqlıq) və "əzm və iradə"yə malik olmaqlarının lazımlığını vurğulayaraq dedi: "Bütün problemlərin həlli Quran hökmlərinin qarşısında əyilmək və təslim olmaq və modern cahiliyyətin önündə dik durmaq, müqavimət göstərmək və bu cahiliyyətin göstərdiyi zorakılığa təslim olmamaqdır".



O əlavə etdi: Bu gün İslam dünyası daxili savaşlar, ixtilaflar, kasıbçılıq və digərlərinin önündə güc zəifliyindən əziyyət çəkir ki, bunun da başlıca səbəbi onlara cahiliyyət dövrünün idarəetmə sistemlərinə oxşar hakimiyyətlərin hökmranlıq etməsidir. Bunun da təkcə çarəsi bu modern cahiliyyətin önündə dik durmaq, müqavimət göstərmək və bu cahiliyyətin göstərdiyi zorakılığa təslim olmamaqdır.



Ali Dini Lider bu məsələyə ki, Quranın hökmləri bizim həyatımızın bütün sahələrində əsas rola malik olmalıdır və Quranla üns məclislərinin keçirilməsi və bu kimi tədbirlər Quran əxlaqına sahiblənmək üçün bir başlanğıcdır, işarə edərək dedi: Əgər Quran hədəfləri istiqamətində bir addım götürülərsə, Allah sonrakı addımlar üçün daha artıq güc verəcəkdir. Bunu İran milləti dəfələrlə təcrübə edib. Zorakılıqlar qarşısında müqavimət və dözüm göstərərək daha da böyük nailiyyətlər qazanıb.



Həzrət Ayətullah Xamanei düşmənlər tərəfindən müsəlmanlara qarşı işlədilən əsas və təsirli silahın İslam dünyasında "ixtilaf" və "təfriqə" yaratmaq olduğunu bildirərək vurğuladı: İslam dünyasında "ixtilaf" və "təfriqə" yaratmaq, müsəlmanları şiə və sünni, ərəb və əcəm, tayfa və milliyyətlər kimi faktorlarla parçalamaq düşmənin bir nömrəli proqramıdır. Buna görə biz hamımız oyaq olmalı, ixtilaf və təfriqə nidasından uzaq durmalıyıq ki, İslam və Quranın düşmənləri üçün alət olmayaq. Bunun üçün isə "bəsirət" və "iradə" lazımdır ki, dostu və düşməni tanıya bilək və düşmənin bu hiyləsinin qarşısında dayanaq.



Həzrət Ayətullahülüzma Xamenei alimlər, ziyalılar, yazıçılar, tələbələr, tədqiqatçılar və Quran hafizləri və qiraətçilərinin üzərinə daha artıq məsluiyyət düşdüyünü bildirib və deyiblər: Xalqda Quranın dəvət etdiyi yola inam və ümidvarlıq hissi yaradılmalıdır. 



İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: İslami Oyanış elə bir həqiqətdir ki, onu məhv etmək mümkün deyil və onun təsirləri hər gün daha artıq yayılmış olacaq. 3306616

Teqlər: quran ، 32 ، ci tur ، imam ، xamenei ، iran
captcha