İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İslam dünyası universitetləri birliyinin iştirakı ilə cari ilin İyun ayında İraqın paytaxtı Bağdadda "moderasiya və tənzimləmə" (etidal, orta yol) konfransı keçiriləcək.
Bu konfrans İslam dünyası universitetləri birliyinin iştirakı ilə İyun ayının 25, 26 və 27-də İraq Əhli-Sünnə məzhəbinin vəqflər idarəsinin mərkəzi qərargahında təşkil olunacaqdır.
Bu koknfransda işitak edənlər İraqın İŞİD hücumundan sonrakı dönəmdə radikalizmlə mübarizə metodları, dini məfhumların düzgün təfisri və dərki, ictimai mühitin radikalizmlə mübarizədə təsiri, dövlət müəssisələri və mədəni təşkilatların İŞİD-dən sonralı dönəmdə vəzifəsi, və dini müəssisələrin cəmiyyətin radikalizm və təkfirçilik düşüncəsindən qorunmasında rolunu müzakirə edəcəklər.
İslam dünyası universitetləri birliyinin baş katibi və mərakeşli araşdırmaçı Abdullah ibn Ərəfə bu konfransda məsulu olduğu birliyin nümayəndəsi kimi iştirak edəcəkdir.