IQNA

BƏƏ-də 4-cü beynəlxalq İslami araşdırmalar konfransı

15:12 - February 13, 2018
Xəbər sayı: 3482781
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Holiday İnn” hotelində “4-cü beynəlxalq İslami araşdırmalar, ədəbiyyat, musiqi və incəsənət konfransı” keçiriləcəkdir.

BƏƏ-də 4-cü beynəlxalq İslami araşdırmalar konfransıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “iric.org” xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Holiday İnn” hotelində “4-cü beynəlxalq İslami araşdırmalar, ədəbiyyat, musiqi və incəsənət konfransı” keçiriləcəkdir.

“4-cü beynəlxalq İslami araşdırmalar, ədəbiyyat, musiqi və incəsənət konfransı” cari ilin Mart ayının 19-da öz işinə başlayacaq və konfrans Mart ayının son gününədək davam edəcəkdir.

Bu konfransın keçirilməsinin əsas hədəfi bütün dünyada İslami elmlər və dini sahədə aktivistlərin, mühəndislərin, ustadların və araşdırmaçıların öz fəaliyyətlərini təqdim etmək üçün münasib şərait və substrat yaratmaqdır. Bundan əlavə onlara yeni idelarının təbadülü və beynəlxalq ərsələrdə həmkarlıq üçün tədqiqat və ticarət əlaqələri yaratmaq fürsəti verməkdir.

Bu konfrans üçün göndərilmiş məqalələr beynəlxalq elmi standartlara uyğun qaydalarla yoxlanıldıqdan sonra dünyanın mötəbər elmi jurnallarında çap ediləcəkdir.

Bu barədə daha çox məlumat əldə etmək istəyənlər http://cahis.org/conference/233 saytına müraciət edə bilərlər.

http://iqna.ir/fa/news/3691000

captcha