IQNA

İslam İnqilabının Ali Məqam Rəhbəri:

İngilis şiəsi və Amerika sünnüsü bir qayçının iki tərəfidir

23:42 - December 17, 2016
Xəbər sayı: 3481151
Həzrət Ayətullah Xamenei vurğuladı: İngilislər həmişə Asiyanın qərbini təhdid edib və onların siyasət və hərəkətləri son iki əsirdə bu regionun millətləri üçün şər və bədbəxtlik amili olmuşdur.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İslam İnqilabının Ali Məqam Rəhbəri Həzrət Ayətullah Üzma Xamenei bu gün, 17 Dekabr 2016-cı il, "30. Beynəlxalq Vəhdət Konfransı"nın qonaqları, İslami ölkələrin səfirləri, İranın dövlət rəsmiləri və xalqın müxtəlif təbəqələrindən olan iştirakçılar ilə görüşündə vurğuladı: İngilis dövləti həmişə Asiyanın qərbini təhdid edib və İngilislərin siyasət və hərəkətləri son iki əsirdə bu region millətləri üçün şər və bədbəxtlik amili olmuşdur.

O əlavə etdi: Son günlərdə isə ingilislər həyasızlığı və utanmazlığı son həddinə çatdıraraq əziz və məzlum İran xalqını region üçün təhlükə və təhdid adlandırıblar. Amma hamı bilir ki, bu töhmətlərin əksinə olaraq, bu ingilislərdir ki, həmişə təhdid, təhlükə, fəsad, xətər və bədbəxtlik amilidirlər.

Şiələrin Ali Dini Lideri Həzrət Ayətullah Üzma İmam Xamenei vurğuladı: Bu gün regionda iki iradə və istək bir-birinin əleyhinə mövqe tutmuşdur; "Vəhdət" və "Təfriqə" iradə və istəyi. Belə bir həssas vəziyyətdə, çətin və həlledici dönəmdə təkcə həll yolu və İslam dünyasını bütün bu bəla və böhranlardan çıxartmağın tək şəfaverici dərmanı "Quran-Kərim"ə və Peyğəmbərin (s) "İlahi təlimlər"inə söykənməkdir.

Ayətullah Xamenei görüş iştirakçılarını, İslam ümmətini və dünyanın bütün azadlıqsevər insanlarını böyük İslam Peyğəmbəri həzrət Muhəmmədin (s) və onun dahi övladı imam Sadiqin (ə) mövludu münasibətilə təbrik edərək dedi: "İslam Peyğəmbərinin (s) müqəddəs varlığı o qədər önəmlidir ki, Allah-Taala Qurani-Kərimdə bu misilsiz nemətə görə bəşəriyyətə minnət qoyur.”

Ayətullah Xamenei Qurani-Kərimə istinadən deyib ki, "Rəhmətən lilaləmin” – aləmlərə rəhmət olan Peyğəmbərin (s) təlimləri bütün bəşəriyyətin nicatı üçün bir yoldur. "Bəşəriyyət düşmənləri, sərvət və qüdrət sahibləri bu səadətbəxş təlimlərlə müxalifdirlər. Məhz bu səbəbdən, Allah-Taala Peyğəmbərə (s) əmr edir ki, kafirlər və münafiqlərlə saziş etməsin və onlara qarşı cihad etsin. İslam və əlbəttə, bəşəriyyət düşmənlərinə qarşı cihad etmək duruma uyğun olaraq, bəzən hərbi yolla olur, bəzən siyasi, bəzən mədəni və həmçinin durumuna görə, bəzən də elmi yollarla aparılır.Müsəlman xalqları, xüsusilə, din təbliğatçıları və gənclər sonuncu Peyğəmbərə (s) göndərilən ilahi təlimləri dəqiq mütaliə edib tanımaqla, bu həyatbəxş təlimlər toplusundan bəhrələnsinlər."

Ayətullah Xamenei müstəmləkəçilər və hegemonların müsəlmanları zəiflətmək üçün hər gün artan çalışmalarına toxunub və deyib ki, İslam dünyası bu gün çoxlu acılar və problemlərə giriftar olub ki, onların həll yolu birlik, müştərək fəaliyyət, əməkdaşlıq, habelə məzhəbi ixtilafları kənara qoymaq və İslamın bir çox müştərək nöqtələrindən yapışmaqdadır.

Ayətullah Xamenei müstəmləkəçilər və hegemonların müsəlmanları zəiflətmək üçün hər gün artan çalışmalarına toxunub və deyib ki, İslam dünyası bu gün çoxlu acılar və problemlərə giriftar olub ki, onların həll yolu birlik, müştərək fəaliyyət, əməkdaşlıq, habelə məzhəbi ixtilafları kənara qoymaq və İslamın bir çox müştərək nöqtələrindən yapışmaqdadır.

Ayətullah Xamenei bildirib ki, islami hökumətlər və xalqlar birləşərsə, Amerikalılar və Sionistlər öz istəklərini müsəlmanlara yükləyə bilməz və Fələstinin unutdurulmasına dair məkrli planları uğursuz olar. "Şərqi Asiyada – Myanmardan tutmuş Qərbi Afrikada Nigeriya və Qərbi Asiya bölgəsindəki müsəlmanlara hücum və qətliamların hamısı hegemon güclərin təfriqəyaradıcı planlarının nəticəsidir. Bu vəziyyətdə "İngilis şiəsi” və "Amerika sünnisi” bir qayçının iki tərəfi kimi odu alovlandırır və ikitirəlik yaradır. İngilislilərin keçmiş "parçala və hökm sür” siyasəti İslam düşmənlərinin gündəliyindədir.”

Ayətullah Xamenei ingilislilərin son iki əsrdə yürütdüyü siyasətlər və gördüyü işləri bölgə xalqları üçün bəla və səfalət mənbəyi adlandırıb. "Son günlər İngiltərə utanmazcasına məzlum və əziz İranı region üçün təhlükə adlandırıb. Amma hamı bilir ki, bu ittihamların əksi olaraq bu İngiltərənin özüdür ki, həmişə təhlükə, fəsad və səfalət mənbəyi olub.”

Ayətullah Xamenei deyib ki, İslam dünyasının ən önəmli hazırlığı "vəhdət”dir. "Bütün İslam firqələri – şiə və sünni – ixtilaflardan uzaq dursun. Peyğəmbər (s), Quran, Kəbəni vəhdət üçün mehvər qərar versinlər.”

Ayətullah Xamenei hegemon güclərin fitnələri qarşısında xalqlar və dövlətləri ayıq olmağa çağırıb: "Nə üçün zahirdə müsəlman olan ölkələr İslam dünyasının daxilindəki problemlərlə bağlı İslam düşmənlərinin sözlərini qəbul edir və onların siyasətlərinə açıq-aşkar tabe olurlar?”

Ayətullah Xamenei çıxışının sonunda İran xalqına səslənərək bildirib ki, imam Xomeyni (rə) və İnqilabın iftixarlı yolunun davam etdirilməsi, düşmənlərin qarşısında müqavimət göstərmək, haqq və həqiqəti dayanmadan müdafiə etmək, heç şübhəsiz, dünya və axirət səadəti və izzətini sizin üçün ərməğan gətirəcək.

http://www.iqna.ir/fa/news/3554453


captcha