IQNA

Tunis prezidentindən Fələstin məsələsinə dəstək

3:35 - April 08, 2024
Xəbər sayı: 3495756
İQNA - Tunis prezidenti Kays Səid vurğulayıb ki, ölkəsinin mövqeyi Fələstinin qanuni hüquqlarını əldə etməsi və paytaxtı Qüds Şərif olan müstəqil Fələstin dövlətinin qurulması işini dəstəkləməkdə qətidir.

"İQNA", "Əl-İhram" saytına istinadən xəbər verir ki, Səid ölkəsinin Fələstin xalqına qarşı zülmün sona çatması və məzlum xalqın əlindən alınan haqlarını geri alması üçün dəstəyini davam etdirdiyinə diqqət çəkib.

O, bu sözləri Quran hifzi və qiraəti üzrə milli müsabiqənin qaliblərinin mükafatlandırma mərasimində deyib.

Tunis Əlcəzairlə birlikdə Fələstin məsələsinə bağlılığını dəfələrlə vurğulayaraq, sionist rejimlə münasibətlərini normallaşdırmaqdan çəkinib.

Sionist rejimin ABŞ-ın dəstəyi ilə Qəzzə zolağına qəddar hücumları başladığı 2023-cü il oktyabrın 7-dən bəri on minlərlə fələstinli mülki şəxs, o cümlədən qadın və uşaqlar ya həyatını itirib, ya da yaralanıb.

Bundan əlavə, Qəzza zolağının infrastrukturu böyük ölçüdə dağıdılıb və regionda humanitar fəlakət yaranıb.

Bu hücumlar və rejimin tətbiq etdiyi məhdudiyyətlər nəticəsində Fələstin xalqı ciddi qida, su, dərman və yanacaq qıtlığı yaşayır, aclıq astanasındadır, bölgədəki uşaq və qocaların həyatı risk altındadır.

Açıqlamada işğalçı rejimin Qəzzaya qarşı hücumlarında hədəf alınanların 73 faizinin qadın və uşaqlar olduğu bildirilir.

4208932

captcha