IQNA

Səqəleyn kanalında beynəlxalq Quran müsabiqəsinin birincisi başlayıb

11:22 - March 18, 2024
Xəbər sayı: 3495651
İQNA - Səqəleyn telekanalında Beynəlxalq tərtillə Quran tilavəti müsabiqəsinin birincisi başlayıb.

"İQNA", xəbər verir ki, Ramazan ayının ilk günündən başlayaraq Səqəleyn kanalında “Və Rəttil” adı altında tərtillə Quran tilavəti televiziya müsabiqəsinin birincisi başladı.

Bu müsabiqə qari və beynəlxalq media fəalı Əhməd Nəcəf tərəfindən idarə və təşkil olunur.

İslam dünyasının hər yerindən yüzlərlə insan öz audio və video fayllarını bu kanalın rəhbərliyinə göndərib. Ramazan ayı boyunca davam edəcək televiziya yarışmasında ən yüksək bal toplamış 100-ə yaxın qari iştirak edəcək.

Bu beynəlxalq televiziya müsabiqəsi müqəddəs Ramazan ayında hər gün Məkkə və İraq vaxtı ilə saat 16.30-da, təkrarı gecə saat 02.00-da canlı yayımlanır.

Səqəleyn kanalı İslam dünyasının problemlərinə toxunan, cəmiyyətin müxtəlif təbəqələri üçün proqramlar hazırlayan dini-mədəni kanaldır.

Bu kanal Quran və Əhli-beyt oxunda müxtəlif proqramlar hazırlayaraq İslam mədəniyyəti və elmlərini canlandırmaq və yayımlamaq məqsədi ilə fəaliyyət göstərir. Bundan əlavə, bu kanal qadınlar, uşaqlar və gənclər üçün proqramlar hazırlayır.

Səqəleyn kanalı 2008-ci ilin Ramazan ayında ərəb dilində fəaliyyətə başlayıb.

4205817

captcha