IQNA

Əl-Mustafa İraq nümayəndəliyi:

Əl-Mustafanın qapıları əhli-sünnənin üzünə açıqdır

10:22 - March 11, 2024
Xəbər sayı: 3495606
İQNA - Beynəlxalq Əl-Mustafa Universitetinin İraq nümayəndəsi İraq əhli-sünnə vəqfləri İdarəsinin prezidenti və müavinlərini qəbul edib və müxtəlif mövzularda fikir mübadiləsi aparıb.

"İQNA"-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əl-Mustafa Universitetinin İraq nümayəndəsi Höccətül-İslam vəl-muslimin Məhəmməd Əli Möhsinzadə Bağdadda İraq Sünni Vəqfləri Quran şöbəsinin müdiri və onun köməkçiləri ilə görüşüb. Din və məzhəb mənsublarını bir-birinə yaxınlaşdırmağın, ayinlərə hörmətlə yanaşmağın Əl-Mustafanın əsas strategiyalarından olduğunu qeyd edən Möhsinzadə, “Əl-Mustafanın qapıları bu universitetdə təhsil almaq istəyən sünni qardaşlarımıza açıqdır” dedi.

Əl-Mustafanın Bağdaddakı nümayəndəliyində mehribanlıq şəraitində keçən görüşdə tərəflər İraqda Quranın vəziyyətinə və birgə Quran fəaliyyətlərinin aparılmasının vacibliyinə diqqət çəkiblər.

Bundan əlavə, İraqın Sünni Vəqfləri Quran İdarəsinin rəhbəri Şeyx Kətibe Sünni Vəqfləri ilə Əl-Mustafa arasında əməkdaşlıq müqaviləsinin imzalanmasını təklif edib.

4204431

Teqlər: universitet ، İraq ، əhli-sünnə ، quran
captcha