IQNA

Səqəleyn TV tərtil qiraəti üzrə beynəlxalq Quran müsabiqəsi təşkil edəcək

9:02 - March 05, 2024
Xəbər sayı: 3495570
İQNA – Səqəleyn peyk kanalı tərtil qiraəti üzrə ilk beynəlxalq Qurani-Kərim yarışmasını təşkil edəcəyini açıqlayıb.

“İQNA” xəbər verir ki, müsabiqə mübarək Ramazan ayında mütəmadi olaraq Quran tilavəti sahəsində keçiriləcək.
Müsabiqədə iştirak etmək istəyənlər 009647822322658 WhatsApp nömrəsi ilə ad-soyad, ölkə, telefon və e-mail ünvanları ilə birlikdə oxuduqları tərtil qiraətlərinin qeydə alınmış audio faylını telekanala göndərməlidirlər.
Müsabiqə Skype vasitəsilə audio və video formatında keçiriləcək. Bu Quran yarışmasında yalnız 18-40 yaş arası kişilər iştirak edə bilər.
Sözügedən peyk kanalı müxtəlif proqramlarla İslam dünyasının problemlərinə toxunan dini-mədəni kanaldır.
Bu kanal İslam mədəniyyətinin, Qurani-Kərimin və Əhli-beyt (ə) təlimlərinin təbliği istiqamətində fəaliyyət göstərir.
O, həmçinin qadınlar, uşaqlar və gənclər üçün xüsusi proqramlar vasitəsilə İslam ailə institutunu gücləndirməyi hədəfləyir.
Səqəleyn peyk kanalı 2008-ci ildə Ramazan ayında ərəb dilində yayıma başlayıb.
4203347

captcha