"İQNA", "Əl-Məsirə"-yə istinadən xəbər verir ki,HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmayıl Həniyə cümə axşamı axşam televiziyaya verdiyi açıqlamada bildirib ki, Həmas və müqavimət bilərəkdən qətllər törədən işğalçı rejimdən daha çox insanlıq və əxlaq nümayiş etdirir.
Həniyə deyib: "Biz xalq kütlələrini və İslam ümmətini cümə günü təcavüzün dayandırılması, köçkünlüyün və alternativ vətənin rədd edilməsi adı altında ictimai birliyə dəvət edirik".
O əlavə edib: "Biz şücaət və cəsarətlə hərəkət etməli etməliyik ki, İsrailin Məscidül-Əqsanı işğal etməsi və bu düşmən tərəfindən fələstinliləri öldürməsinin qarşısını ala bilək".
Həniyə İslam ümmətinə dedi: "Fələstinin sərhədlərinə gedin və etiraz edin".
HƏMAS-ın siyasi ofisinin rəhbəri son bir neçə gündə sionist rejimin hücumlarını pisləyən bütün şəxsləri təqdir etməklə yanaşı, deyib: "Qəzzəyə humanitar yardımların göndərilməsini sürətləndirmək istəyirik. Qəzza sionistlərin əli ilə insanlıq fəlakətinin şahidi olur".
4176563