IQNA

İslam ölkələrinin səfirlərinin İsveçə Quranın təhqirini pisləyən yazılı mesajı

11:16 - July 31, 2023
Xəbər sayı: 3494536
BAĞDAD (IQNA) –İraq Respublikasının Stokholmdakı səfirliyi və İslam Əməkdaşlıq Təşkilatının İsveçdəki nümayəndələri dünən şənbə günü İsveç xarici işlər nazirinə ünvanladıqları yazılı müraciətdə İsveçdə Qurani-Kərimin təhqir olunmasının təkrar edilməsini qətiyyətlə pisləyiblər.

"İQNA", "Əl –Fərat News"-a istinadən xəbər verir ki, İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Əs-Səhhaf deyib: "İraqın Stokholmdakı səfirliyi İslam Əməkdaşlıq Təşkilatının İsveçdəki nümayəndələri ilə koordinasiyalı şəkildə İsveç Xarici İşlər Naziri Tobias Billströmə yazılı mesaj göndərib. Onlar İsveçdə Qurani-Kərimə təkrar edilən hücumları qətiyyətlə pisləyiblər".

O əlavə etdi: "Bu mesajda onlar bu cür hərəkətlərin müəyyən bir dinə və ya əqidəyə inanan insanlar və ya qruplara qarşı nifrət və ayrı-seçkiliyə səbəb olduğunu vurğuladılar. İsveç səlahiyyətliləri tərəfindən Qurani-Kərimin yandırılmasına icazə verilməsi, inancları hədəf alan bu təhqiramiz hərəkətlərin məqbul olduğu mesajını verir. Bu da BMT-nin müxtəlif qətnamələri və Mədəni və siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 19 və 20-ci maddələri ilə birbaşa ziddiyyət təşkil edir. O maddələr dini tolerantlığın və müxtəlifliyə hörmətin təşviq edilməsinin və fərdlərin din və əqidə azadlığının dəstəklənməsinin vacibliyini vurğulayır".

Əl-Səhhafın məlumatına görə, İsveçin xarici işlər naziri də öz növbəsində İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin İsveçdəki səfirlərinə və nümayəndəliklərinin rəhbərlərinə onlardan aldığı birgə mesaja görə təşəkkür edib.

4159103

captcha