IQNA

Ayətullah Sistani Quterreşə yazdığı məktubda Quranın təhqir olunmasını pisləyib

15:11 - June 30, 2023
Xəbər sayı: 3494402
Ayətullah Sistaninin dəftərxanası İsveç polisinin icazəsi ilə Qurani-Kərimin təhqir olunması barədə BMT-nin baş katibi Antonio Quterreşə məktub göndərib.

"İQNA", "Firat News"-a istinadən xəbər verir ki, Ali Şiə mərcəyi-təqlidinin Nəcəf Əşrəfdəki dəftərxanasından gələn məktubun mətnində bildirilir: "İifadə azadlığına hörmət heç bir halda belə biabırçı əmələ icazə verilməsinə haqq qazandırmır".

Ayətullah Sistaninin dəftərxanasından gələn məktubun mətni belədir:

Bismillahir-Rəhmanir-Rəhim

BMT-nin Baş Katibi Zati-aliləri cənab Antonio Quterreş

Salam və hörmətlə

Mətbuat İsveçdə bir şəxsin İslam dinini təhqir etmək məqsədi ilə Qurani-Kərimin nüsxəsinə hücum edərək onun səhifələrindən birini yandırdığını bildirib.

Bu cür iyrənc davranış son illərdə müxtəlif ölkələrdə dəfələrlə baş verib. Lakin diqqətçəkən məqam odur ki, bu dəfə bu iş, İsveç polisinin rəsmi icazəsi və söz azadlığı bəhanəsi ilə baş verib.

Bir halda ki, söz azadlığına hörmət heç bir şəkildə dünyada iki milyarddan çox müsəlmanın müqəddəslərinə açıq-aşkar hücum olan bu cür biabırçı və ifratçı düşüncələrin və yanlış hərəkətlərin təşviqi üçün əlverişli mühitin yaradılmasına gətirib çıxaran davranışa icazə vermir.

O, bu hərəkəti pisləyərək, BMT-dən oxşar hadisələrin təkrarlanmaması üçün təsirli tədbirlər görməsini və ölkələri bu cür hərəkətlərin baş verməsinə imkan verən qanunları nəzərdən keçirməyə məcbur etməsini istəyib.

Şiələrin Nəcəf Əşrəfdəki ali dərəcəli mərcəyi-təqlidi həmçinin müxtəlif dinlərin ardıcılları arasında dinc yanaşı yaşama dəyərlərinin və hamı arasında hüquqlara riayət etmək və qarşılıqlı hörmətə əsaslanan intellektual yanaşmaların qurulmasına çağırış edib.

4151324

captcha