IQNA

Hamburqda "Sənət Güzgüsündə Qədir" festivalı keçiriləcək

10:26 - June 24, 2023
Xəbər sayı: 3494368
HAMBURQ (IQNA) - Qədir-Xum bayramı münasibətilə Hamburq İslam Mərkəzinin təşkilatçılığı ilə “Sənət Güzgüsündə Qədir” festivalı keçiriləcək.

"İQNA", Hamburq İslam Mərkəzinə istinadən xəbər verir ki, bu festival uşaq, yeniyetmə və gənclərin yaş qrupunda keçirilir. Xüsusi olaraq uşaqların yaş qrupu üçün rəsm və şeir oxumağı əhatə edir.

Həmçinin yeniyetmə və gənclərdən ibarət yaş qrupu şeir yazma, hekayə yazma, afişa tərtibatı, fotoqrafiya, esse yazma, klip çəkmə, qiraət və xəttatlıq üzrə bir-biri ilə yarışacaq.

Əsərlərin qəbulu üçün son tarix Qurban bayramından Qədirə qədər elan edilib. Hər yaş qrupu üzrə seçilmiş əsərlər Hamburq İslam Mərkəzinin xüsusi Qədir-Xum bayramı proqramında qeyd olunacaq.

Bu festivalda iştirak etmək istəyənlər əsərlərini ad, soyad və yaş qrupu ilə birlikdə WhatsApp messencerindən 00494022948648 nömrəsinə göndərə bilərlər.

Qeyd edək ki, Qədir-Xum bayramı iyulun 7-sı cümə günü Zilhiccə ayının 18-nə təsadüf edir. Bu gün müsəlmanlar və vilayət aşiqləri bayram şənlikləri və xüsusi proqramlar təşkil edirlər.

4149784

captcha