IQNA

Qətərdə kufi xəttatlığı seminarı keçiriləcək

5:43 - April 30, 2023
Xəbər sayı: 3494095
Qətər Mədəniyyət Kəndi Fondu (Katara) və bu ölkədəki İslam İncəsənəti Muzeyi kufi xəttatlığının yazı prinsipləri ilə tanış olmaq üçün kurslar təşkil edir.

"İQNA", "Rayə"-yə istinadən xəbər verir ki,Qətər İslam İncəsənət Muzeyi mayın 7-dən 10-dək orta ixtisas səviyyəsində kufi xəttatlığı üzrə seminar keçirəcək.

Bu muzey keçiriləcək seminarda iştirak etmək istəyənləri orada iştirak etməyə dəvət etdi. Bu seminarda iştirak ödənişsiz olacaq.

Muzey öz elanında əlavə edib ki, Kufi sözü İraqın Kufə şəhərindən götürülüb, kufi yazısı isə ilk olaraq Hicazi yazısından götürülüb. Kufi yazısı bəzi müasir xəttatlıq dizaynlarına bənzəyən iri şaquli hərflərlə xarakterizə olunur.

Həmçinin Katara Mədəniyyət Mərkəzi Həzrət Məhəmmədin (s) həyatını canlandırmaq və Peyğəmbərin (s) şəxsiyyətinin tez-tez təhqir olunmasına qarşı ona kömək etmək məqsədi ilə “Vəma Ərsəlnakə İlla Rəhmətən lilaləmin” adlı yeni proqrama start verildiyini elan edib.

Həmçinin Rəbiül-əvvəl ayının 12-nə təsadüf edən Həzrət Peyğəmbərin (s) mövludu ilə eyni vaxtda tamamlanmış işlərdən ibarət rəsm sərgisi keçiriləcək. Mayın 8-də başlayacaq bu seminarda mayın 31-dək hər həftənin bazar ertəsi və çərşənbə günləri 8 məşğələ keçiriləcək. Habelə hər məşğələ iki saat olmaqla keçiriləcək. Bu kursun sonunda iştirakçılar nəzəri cəhətdən öyrəndiklərini sərgidə nümayiş etdirmək üçün həyata keçirəcəklər.

4137267

captcha