IQNA

Əqidə prinsipləri; Nübüvvət / 18

On dörd əsrlik intizar!

18:23 - April 16, 2023
Xəbər sayı: 3494028
14 əsr bundan əvvəl Quran öz müxaliflərini Quran kimi bir kitab gətirməyə dəvət etdi və onun möcüzə olduğunu inkar etmələrini istədi. Bəs niyə heç kim Quranın bu tələbinə cavab vermir?

Quranda yetmiş səkkiz minə yaxın kəlmə var və Allah dəfələrlə bu kitabda Quran müxaliflərini əl-ələ verib Quran kimi bir kitab gətirməyə dəvət etmişdir. Bütün bu inadkarlıq, zəhmət, büdcələr xərcləmək, müharibələr yaratmaq və böhtan atmaq əvəzinə əl-ələ verib Quran kimi bir kitab gətirsinlər:

«قل لئن اجتمعت الانس والجن على ان یاتوا بمثل هذاالقرآن لایاتون بمثله و لوكان بعضهم لبعض ظهیراً»

"De: Əgər insanlar və cinlər bir yerə toplaşsalar, onlardan bəziləri digərinə yardımçı olsalar belə, heç vaxt bu Quran kimi bir kitab gətirə bilməzlər" (İsra, 88.(

Niyə heç kim cavab vermir? Bu məktəbin and içmiş düşmənləri niyə cavab vermirlər? Dünya xalqlarının bir çoxunun ana dili ərəb deyil ki, Quran kimi bir kitab gətirsinlər. Amma müsəlman olmayan ərəb dilli insanlar niyə susur?! Hal-hazırda ərəb ölkələrində və digər ölkələrdə minlərlə ərəbdilli marksistlər və İslamın qatı əleyhdarları var. Onlar qısa müddətdə bütün düşünən zehinləri bir seminarda toplayıb, onun əsasında Qurana bənzər bir çıxış yarada bilərlər.

  Əmirəl-möminin Əli (ə) ərəb dilində danışan ən bəlağətlilərdən sayılır. Lakin onun Nəhcül-bəlağə xütbələri arasında Qurandan qısa bir ayə varsa, o ayənin xüsusi parlaqlığı və imtiyazı görünür. Hətta Peyğəmbərin (s) kəlamında belə, bircə ayə olanda onun kəlamlarından tamamilə fərqlənir. Hərfləri və kəlmələri möcüzə olan Quran möcüzəsinin mənası budur. Ərəb dilinin hərfləri və sözləri eynidir, lakin cümlələrin tərkibi və ritmi elədir ki, on dörd əsr ərzində heç kimə buna bənzər bir şey gətirməmişdir.

Digər tərəfdən, Quranı dərs oxumamış bir adamın gətirməsi və elm aləminin irəlilədikcə, onun maarifinin çiçəklənməsi Quranın möcüzə olduğunun başqa bir sübutudur.

Nə vaxt elm və vəhy arasında ziddiyyət yaranarsa, ya bu elm əslində elm deyil və yalnız bir nəzəriyyə və təxmindir, ya da bizim vəhy anlayışımız doğru deyil. Əks halda 100% elmi məsələ heç vaxt vəhy ilə ziddiyyət təşkil etmir.

  Quranda elə ayələr var ki, nazil olduğu zaman tamamilə qeybdən xəbər vermək idi, lakin tezliklə gerçəkləşdi.

  Peyğəmbərin müxalifləri o həzrətin oğlan uşağı olmadığını və onun ölümü ilə məsələnin bitəcəyini düşündükləri bir vaxtda ayə nazil oldu: «انّا اعطیناك الكوثر» "Ya Məhəmməd! biz sizə böyük xeyir əta etdik". (Bir qızdan, biz sənin nəslini davam etdirəcəyik). Bu qədər övladı olmasına baxmayaraq, nəsli kəsiləcək düşmənindir: «ان شانئك هوالابتر» (Kövsər, 1-3). Gördük ki, zaman keçdikcə bu söz sübut oldu.

  Bu zaman ayə nazil oldu: انّا كفیناك المستهزئین

"Biz səni istehza edənlərə qarşı kifayət etdik". (Biz fitnələri zərərsizləşdirir, planları məhv edirik) (Hicr, 95).

  Çox keçmədi ki, tənha bir peyğəmbərin istehza, böhtan və sui-qəsd dalğasından necə sağ çıxdığını və onun məktəbinin dünyanın diqqətini özünə cəlb etdiyini gördük.

Başqa bir məsələ budur ki, hər bir normal insanın əməlləri getdikcə böyüyür, təkamül edir, lakin Quran ayələri belə deyil. Peyğəmbərdən (s) qırx yaşında eşidilən ayələr ilə altmış üç yaşında nazil olan ayələr məzmunca eyni ağırlıqda idi. Peyğəmbərin səliqəsi və fikri dəyişməmişdi. Həmişə eyni məqsəddən danışmışdır və bunlar hamısı Quranın Allah tərəfindən gəlməsinə dəlildir. Allahın qanununda heç bir dəyişiklik yoxdur.

  Necə ki, Quranın özü bu həqiqəti “Nisa” surəsinin səksən ikinci ayəsində bəyan etmişdir: وكان من عند غیرالله لوجدوا فیه اختلافاً كثیراً Əgər Quran Allahdan qeyrisindən olsaydı, onda çoxlu ixtilaflar olardı”.

  • Möhsin Qəraəti tərəfindən yazılmış "Əqidə prinsipləri (Nübüvvət)" kitabından götürülmüşdür.
captcha