IQNA

İraqın Əl-Fəratul-Əvsət Universitetində illik Quran sərgisinin açılışı olub

18:41 - March 10, 2023
Xəbər sayı: 3493823
Həzrət Abbasın (ə) Qurani-Kərim Elmi Mərkəzinin himayəsi ilə Nəcəf Əşrəf şəhərinin “Əl-Fəratul-Əvsət” Texniki Universitetində illik Quran sərgisi açılıb.

"İQNA", "Qlobal Kəfil" şəbəkəsinin veb saytına istinadən xəbər verir ki, bu sərgi martın 8-də Nəcəf Əşrəfdə Həzrət Abbasın (ə) hərəminə bağlı Quran İnstitutunun nəzarəti altında açılıb.

Nəcəfdəki Həzrət Abbasın (ə) Quran İnstitutunun direktoru "Seyyid Məhənd Əl-Miyali" deyib: "Sözügedən sərgi İraq universitetləri və ali təhsil mərkəzlərinin tələbələri üçün Quran layihəsi çərçivəsində açılıb və bu sərginin ilk dayanacağı İraqın Əl-Kəfil Universiteti olub".

O əlavə etdi: "Bu Quran tədbirini təşkil etməkdə məqsəd çətin mədəni problemlərlə üzləşən şüurlu və ayıq nəsil yetişdirməkdir".

4127030

captcha