IQNA

İslam dünyasında istedadlı şəxsləri dəstəkləmək üçün İSESKO-nun proqramı

13:33 - December 23, 2022
Xəbər sayı: 3493457
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı innovasiyaları dəstəkləmək məqsədi ilə İslam dünyasının parlaq istedadlarını dəstəkləmək üçün fond yaradıldığını elan edib.

"İQNA", " Sputnik"in Ərəb bölümünə istinadən xəbər verir ki, bu məsələ bu qurumun nazirlərinin Mərakeşin paytaxtı Rabatda keçirilən son toplantısı zamanı qaldırılıb.

Bu qurum bu görüşdə İslam dünyasının parlaq istedadlarına dəstək planının icra mexanizmlərinin müzakirə və nəzərdən keçirildiyinə diqqət çəkərək qeyd etdi: "Elm, təhsil və mədəniyyət sahələrində bəzi ixtisaslaşmış milli komitələrin iştirakının şahidi olduq".

İSESKO-nun baş katibi Salim ibn Məhəmməd Əl-Malik bu fondun üzv ölkələrin əhalisi arasında innovasiyaların dəstəklənməsinə köməklik göstərdiyinə diqqət çəkərək deyib: "Təşkilat üzvləri bu təşəbbüsü geniş şəkildə dəstəkləyiblər".

O əlavə etdi: "Bu plan fondun yekun baxışı, onun iş mexanizmləri və hüquqi bazası müəyyən edilməzdən əvvəl qurumun icra şurasının iclasına təqdim olunacaq".

İSESKO daha əvvəl İslam dünyasında tələbələrin tədqiqatını dəstəkləmək üçün bir neçə plan təklif etmişdi. Bu layihələrdən ən mühümləri sırasında dissertasiyasını yazan, lakin hələ müdafiə etməmiş doktorantların dissertasiyalarına dəstək məqsədilə “Min sözlə dissertasiyam” adlı mükafatın təsis edilməsi layihəsini qeyd etmək olar. Həmçinin bu qurum tərəfindən Quranın elmi möcüzələri sahəsində ən yaxşı araşdırmaya görə mükafat müəyyən edilib.

4108708

captcha