IQNA

Luvr muzeyindəki Özbək Quran əlyazmasının hekayəsi

21:05 - November 06, 2022
Xəbər sayı: 3493214
Özbəkistan Müsəlmanları Dini İdarəsinin rəhbəri Fransanın Luvr muzeyində sərgilənmək üçün bu ölkədən göndərilən 8-ci əsrə aid əlyazmanın təfərrüatlarını açıqlayıb.

"İQNA", "Anadolu"-ya istinadən xəbər verir ki, Fransanın Luvr muzeyi Qurani-Kərimin nəfis əlyazmalarından ibarət böyük kolleksiyaya qoşulmaq istəyir. Buna görə də İslam dünyasının ən qədim əlyazmalarından olan “Kətta Ləngər” kimi tanınan Qurani-Kərimin iki səhifəsini nümayiş etdirməyə hazırlaşır. Onlar avropa ölkələrində, xüsusilə İngiltərə, Fransa və Almaniyada saxlanılır.

Özbəkistanda Quranın ən qədim əlyazmalarından biri olan "Kata Langar" Mushəfi saxlanılır. Onun iki səhifəsi “Karvansarayların kəsişməsində Özbəkistan xəzinələri” başlığı ilə Luvr muzeyində sərgilənəcək.

24 noyabr 2022-ci il - 6 mart 2022-ci il tarixləri arasında Fransanın Luvr Muzeyində Özbəkistanın tarixi mədəniyyət əsərlərindən ibarət 168 əsər nümayiş etdiriləcək. Buraya Özbəkistan Muzeyinə məxsus 137 əsər, dünyanın aparıcı muzeylərindən Özbəkistanın tarixi və mədəniyyətinə aid 31 əsər daxildir.

Özbəkistan Müsəlmanları Dini İdarəsinin rəhbəri, bu ölkənin baş müftisi Nurəddin Xaliq Nazarov Anadoluya müsahibəsində deyib: "Sözügedən müshaf 8-ci əsrin son rübündə kufi xətti ilə və heyvan dərisi üzərində 53x35 sm ölçüdə yazılmışdır".

O, bu mushəfin dəri örtüyünün 14-cü əsrə aid olduğunu və 17-ci əsrin ortalarında təmir olunduğunu diqqətə çatdırıb.

4097155

captcha