IQNA

"Rəhmət peyğəmbəri" kitabının rus dilinə tərcüməsi nəşr olunub

13:13 - November 05, 2022
Xəbər sayı: 3493206
İslam İnqilabının Ali Məqamlı Rəhbərinin Peyğəmbər (s) haqqında söylədiyi fikirlərdən seçmələrin yer aldığı "Rəhmət peyğəmbəri" kitabının rus dilinə tərcüməsi Rusiyada nəşr olunub.

"İQNA", xəbər verir ki, bu kitab Moskvadakı İbn Sina İslam Araşdırmaları Fondunun dəstəyi və Rusiyadakı “Sədra” nəşriyyatının himayəsi ilə İslam İnqilabı Mədəniyyət Araşdırmaları İnstitutunun beynəlxalq prorektorunun əməkdaşlığı ilə nəşr edilmişdir.

Rusiya İslam Araşdırmaları Fondunun (İbn Sina) verdiyi məlumata görə, bu əsərdə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyyid Əli Xameneinin İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) barəsində söylədikləri sözlər toplanıb. İsmayıl Gibadulin onu rus dilinə tərcümə edib.

Həmçinin İslam İnqilabının Ali Məqamlı Rəhbərinin Qərb və Amerika gənclərinə və Qərb dövlət xadimlərinə yazdığı iki məktub kitabın sonunda rus dilində yazılıb.

"Rəhmət Peyğəmbəri" kitabı, Peyğəmbərin (s) anadan olmasından peyğəmbərliyinə qədər və İslam sivilizasiyasının təməli qoyulana qədər Məkkə və Mədinədə yaşadığı müddət barədə Ayətullah Xameneinin ifadələri toplusudur.

4097063

captcha