IQNA

Müsəlmanların əlində elmləri əldə etməyin qısa yolları var

18:15 - September 14, 2022
Xəbər sayı: 3492926
James Webbin kosmik teleskopu kosmosun dərinliklərindən görüntülər göndərir. Allah onu “Əqtərus-Səmavat” (göylərin ətrafları) təbiri ilə qeyd etmişdir. Bu, biz müsəlmanları daha əvvəl kəşf etməyi düşündürməli olan bir işarədir. İnsan bədəninin yaradılış möcüzələri ilə yanaşı, müsəlmanların elmlərə çatması üçün qısa yollar da vardır ki, bunları nəzərə almaq lazımdır.

Əmirəlmöminin Əli (ə) vəsiyyətində buyurur ki, Qurana əməl etməkdə qeyri-müsəlmanlar sizdən qabağa keçməsinlər. Biz araşdırma etməliyik. Bu səbəbdən təfəkkürün ibadətdən daha üstün olduğu söylənmişdir. İnsan bir saat öz yaradılışı haqqında düşünsə, Allahpərəst olar.

İnsan öz yaradılışında düşünməlidir ki, mənim dərim necə aradan getmir. Halbuki hər dəqiqə dərimdən 40 min hüceyrə çıxarılır və eyni miqdarda yenisi onun yerini tutur. Bizdə otofagiya adlı bir proses var. Hüceyrələrin öz-özünə yeyilməsi deməkdir. Burada hüceyrələr özlərini yeyirlər və yeni hüceyrələrlə əvəzlənirlər. Yeni məqalələrdə hüceyrənin cavanlaşmasının və gəncliyimizin əsasını təşkil edən otofagiyanın orucluq zamanı artdığı irəli sürülür. Bununla bağlı çoxlu elmi məqalələr var və bunları internetdə asanlıqla axtarmaq mümkündür. Amma 1400 il əvvəl İslam xəstə olmadıqda oruc tutmağı əmr etmişdir.

Məncə, Quran oxuyub bu işarələrə diqqət yetirməliyik. Quranı təfsir etmək bizim işimiz deyil. Amma qəlbimizi təmizləsək, fərqli çıxarışlarımız ola bilər. Allah bizə Quran ayələri və yaradılış ayələri üzərində düşünməyi tövsiyə etmişdir. Qurandan həzz almağımıza səbəb olan da budur.

Belə deyil ki, biz hüceyrəyik və bura hüceyrə ilə gəlmişik. Mütləq bir hidayət olub. Təkamül kitabları və hətta Darvinin nəzəriyyələri də bəzi bucaqlardan tövhid baxışı ilə ziddiyyət təşkil etmir. Hər kəs bir hidayət edən qüvvənin olduğuna inanır. Əks halda hüceyrə necə bu qədər kamil və gözəl insana çevrilə bilərdi.

Heç bir təkamül mütəxəssisi demir ki, bir hüceyrə hidayət olmadan insana çevrildi. Deyirlər bizim elə bir zaman var ki, dörd qollu və ayaqlı meymunun necə ayaq üstə duran insana çevrildiyini bilmirik. Deyirlər ki, alimlər Allah qarşısında daha təvazökar olurlar. Çünki bu elmləri dərk edirlər.

Biz müsəlmanlar elmin zirvəsinə çatmaq üçün qısa yolumuz olduğunu başa düşmək üçün Quranı oxumalıyıq. Kim elmdə qısa yolu tapmaq istəyirsə, Quranı düşünüb tədqiq etməli, qərəzsiz şəkildə ayələri oxumalıdır. Məhz o zaman onun qəlbinə elm nuru saçar. Çünki elm nurdur.

Tibb üzrə oxuyan tələbələrə dərsləri dərindən öyrənməyi və çox düşünməyi və tələsməməyi məsləhət görürəm. Onlar böyük düşünməlidirlər. Çünki biz bunun üçün yaradılmışıq. İnsanın məqamı Allahın məqamıdır. Allah isə yaradıcısı və elmin mədənidir. Əgər biz özümüzü Allaha bağlasaq, verilən qısa yollardan və göstərişlərdən istifadə edə bilərik.

4080913

captcha