IQNA

Qədir-Xum bayramında 250 min zəvvara yemək ehsanı verilib

17:07 - July 19, 2022
Xəbər sayı: 3492581
Qədir-Xum bayramı zamanı Əmirəlmöminin Həzrət Əlinin (ə) hərəmində 250 min zəvvara yemək ehsanı verilib.

"İQNA", xəbər verir ki, Astan Ələvinin rəsmi açıqlamasına görə, Ələvi ziyarətgahında keçirilən Qədir-Xum bayramı zamanı ziyarətgahın zəvvarları səhər, nahar və şam yeməyində üç dəfə o Həzrətin süfrəsində qonaq olublar.

Hərəm tərəfindən verilən bundan əlavə, ziyarətgahın ətrafında Nəcəf əhalisi də ehsanlar paylayıblar.

Qədir-Xum bayramı zamanı müqəddəs Astan Ələvidə bir çox mədəni tədbirlər həyata keçirilib. O cümlədən, ziyarətgahın həyətində Qədir-Xum xütbəsi oxunub.

4071943

captcha