"İQNA", İraq xəbər agentliyinə istinadən xəbər verir ki, Nəcəf Əşrəfdə İmam Əlinin (ə) hərəmi bu gün Qədir-Xum bayramı münasibətilə İraqın müxtəlif bölgələrindən və dünyanın bəzi ölkələrindən bu müqəddəs yerə gəlmiş zəvvarları qəbul edib.
Onlar Nəcəf Əşrəfdə o Həzrətin hərəmində toplaşıb birlikdə dualar edib və zikrlər deyiblər.
Eyni zamanda, müqəddəs Ələvi hərəminin müxtəlif yerləri gül və çıraqlarla bəzədilib, İmam Əliyə (ə) beyəti təzələyən plakatlar quraşdırılıb.
4071702