IQNA

Qədir-Xum bayramının əsas mesajlarından biri də vəhdətdir

16:29 - July 18, 2022
Xəbər sayı: 3492571
Əgər kimsə Qədir-Xumun mesajını bilsə, belə bir nəticəyə gələr ki, Həzrət Əli (ə) İslam quruluşunu və dinini qoruyub saxlamağı hökumətdən daha dəyərli hesab etmişdir. Buna əsasən, Qədir-Xumun birlik mesajının olduğunu anlayırıq.

Qədir-Xum bayramının əsas mesajlarından biri də vəhdətdirDinlər və Məzhəblər Universitetinin müəllimi Höccətül-İslam vəl-müslimin Məhəmməd Həsən Ziyauddini "İQNA" xəbər agentliyinə verdiyi müsahibədə deyib:

Qədir-Xum bayramı müsəlmanların ən böyük bayramıdır. Bu gün İslamın sevimli Peyğəmbərindən sonra Həzrət Əlinin (ə) canişinliyi münasibətilə qeyd olunur. Müsəlmanlar arasında vəhdəin sahələrini burada görmək olar.

Qədir-Xumun birlkdə dinc yaşama ilə bağlı mühüm mesajları

Qədir-Xum bayramının bizim üçün xüsusi təlimləri və mesajları var. Birinci məqam ondan ibarətdir ki, Qədir-Xum bayramı bizə göstərir ki, bütün dinlərə, xüsusən də İslama baxışımız məktəb kimi və hərtərəfli olmalıdır. Yəni bəzi cərəyanlar kimi din də sadəcə olaraq bəzi pərakəndə göstərişlər verməmişdir. Əksinə, din ayinlər, rituallar və münəzzəm inanclar toplusudur: "Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim. Kim aclıq üzündən naçar qalarsa (çətinliyə düşərsə), günaha meyl etmək niyyətində olmayaraq (zəruri ehtiyacını ödəyəcək qədər bu haram ətlərdən yeyə bilər). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!" (Maidə, 3).

Bu ayədəki "tamamladım" sözü göstərir ki, dinin insan xoşbəxtliyi üçün bir planı var. Həmçinin onun hər bir təliminə sistemli şəkildə riayət etməyi tələb edən bir topludur. Əgər dinin bir təlimində səhlənkarlıq etsək, sanki o dini qəbul etməmiş oluruq. Odur ki, din münəzzəm və tam şəkildə nəzərdən keçirilməlidir və bu, Qədir-Xum ayəsində aydın görünür.

İkinci məqam ondan ibarətdir ki, Qədir-Xum əslində özü ilə bir növ birgəyaşayış mədəniyyəti gətirir. Bu gün biz onu Vəhdət kimi tanıyırıq. Qədir-Xumun tarixində və şiələrin əqidəsində Əmirəl-möminin Əli (ə) Peyğəmbərdən (s) sonra xəlifə kimi təqdim edilir. Amma onun zahiri xilafətinin şərtləri təmin edilmədikdə, onlar heç bir şəkildə nizamsızlıq və xaosa girmir və İslam cəmiyyətinin nizamını pozmurlar. Yeri gəlmişkən, onlar göstərirlər ki, birgəyaşayış bu mənadadır ki, haqq sizinlə ola bilər, ancaq sizin hüquqlarınızı görməməzliyə vurduğuna inandığınız dəstə ilə dinc bir həyat yaşayırsınız.

Necə ki, Həzrət Əli (ə) Malik Əştərə yazdığı məktubda buyurur ki, insanlar sizin din qardaşlarınızdır və ya yaradılışda sizinlə eynidirlər.

Vilayətin möhkəmlənməsində Qədir-Xumun rolu

Rəvayətdə deyilir ki, bu gündə İslam dini üstün və kamil olub. Bu, "vilayət" məqamının əhəmiyyətini çatdırır ki, bu da bütün müsəlmanlar üçün əhəmiyyətlidir. Qurani-Kərimdə buyurulur: "O zaman ki, sənin Rəbbin mələklərə demişdi ki, mən yer üzündə bir xəlifə təyin edəcəyəm" (Bəqərə, 30). Buna görə də dünya mükəmməl xoşbəxtlik sisteminin var olması üçün yaradılmışdır. Əgər insanı Allaha yaxınlaşdıracaq vasitəçi olmasaydı, Allah belə bir yaradılış etməzdi. Buna görə də Allahla insanlar arasında vasitəçi olan vilayət sistemi Qədir-Xum günündə tanıtdırıldı.

4070105

captcha