IQNA

Braziliyada kilsə və hicaba hörmət

10:55 - July 11, 2022
Xəbər sayı: 3492533
Din xadimlərindən Əhməd Qadiri belə yazıb: "Hicab təkcə tövhidçi dinlərdə deyil, digər qeyri-ilahi ayinlərdə də parlaq tarixə malikdir. Bir sözlə demək lazımdır ki, hicab sadəcə dini göstəriş deyil, insani dəyərdir".

"İQNA", xəbər verir ki, Braziliyanın "Qviana" və "Quaranta" şəhərlərində təbliğdə olmuş Höccətül-islam Əhməd Qadiri iyulun 12-də keçiriləcək İffət və hicab günündə qısa qeyddə yazıb: "Təkcə bugünkü Qərb dünyasında deyil, ötən əsrlərdə də qadınların müxtəlif mədəniyyətlərdə hicaba bağlı olması, örtünməsi onları uçuruma düşməkdən qoruyub".

O, bildirib ki, hicab təkcə tövhidçi dinlərdə deyil, digər qeyri-ilahi ayinlərdə də parlaq tarixə malikdir. Bir sözlə demək lazımdır ki, hicab sadəcə dini göstəriş deyil, insani dəyərdir. Braziliyada olduğum müddətdə bu məsələni dəfələrlə öz gözlərimlə görmüşəm.

Hələ qərb idarəçiliyi ilə çirklənməmiş kilsələr hər zaman öz əcdadları kimi kilsələrdə hicablı qadınların olmasını gözləyirlər.

Bazar günləri dini ayinlərdə iştirak etmək üçün kilsəyə hicablı gələn qadınların olması nə qədər maraqlı idi. Daha maraqlısı odur ki, bəzi kilsələrin giriş qapıları qarşısında onlara ağ yaylıqlar paylanırdı.

Maraqlı məqamlardan biri də odur ki, ziyarət etdiyim bəzi kilsələrdə kişilər və qadınlar üçün giriş qapıları ayrı idi. Eləcə də kilsə salonunda bir-birindən ayı otururdular.

4069937

Teqlər: braziliya ، kilsə ، hicab ، din ، insani dəyər
captcha