İQNA, İraqdan xəbər verir ki, Astan Hüseyninin Darul-Quran bölməsinin Quran media mərkəzinin rəhbəri Səfa əl-Silavi deyib: "Bu yay kursları Astan Hüseyninin Darul-Quranına bağlı Quran Təhsil Mərkəzinin köməyi ilə bu həftənin əvvəlindən başlayıb. Bu Astanın dini işlər idarəsinə tabe olan dini məktəblərin filialı da bu sahədə əməkdaşlıq edir.
O əlavə edib ki, Qurani-Kərimin öyrədilməsi, fiqh, əxlaq və İslam əqidəsi bu kurslarda tədris olunan dərslərdəndir.
"Bu kurslar yay tətili zamanı tam bir ay davam edəcək", - deyə Səfa əl-Silavi bildirib.