"İQNA", "Penicular Qatar"-a istinadən xəbər verir ki, Qətər Quran Bitki Bağının direktoru Fatimə bint Salih Əl-Xəlifi gələcək nəsillər üçün bitki növlərinin qorunmasında bağın mühüm rolunu vurğulayıb.
O, bildirib ki üç milyona yaxın nadir bitki toxumu, Qətərin yerli bitkiləri və Qurani-Kərimdə və peyğəmbərin (s) rəvayətlərində adı keçən bitkilər toplanıb. Bu toxumlar çox inkişaf etmiş mərkəzlərdə onilliklər ərzində saxlanıla bilər.
Əl-Xəlifi bağda 115 növdən ibarət 18500 ağacdan ibarət kolleksiyanın olduğunu bildirib. O, deyib ki bu bağda 2500 bitki nümunəsi var.
4062515