"İQNA", "Ər-Rayə"-yə istinadən xəbər verir ki, cümə axşamı Katara Mədəniyyət Kəndinin Fondu 11-ci dəfə keçirilən Katara Quran Yarışmasında iştirak edən uşaqları mükafatlandırıb.
Digər tərəfdən, Katara Müsabiqəsinin iştirakçılarının valideynləri müsabiqələrin müqəddəs Ramazan ayında ali səviyyədə keçirilməsində Katara Mədəniyyət Kəndi Təşkilatının diqqətəlayiq səylərini yüksək qiymətləndirmiş və təşəkkür etmişlər.
Müsabiqədə iştirak edən üç uşağın atası Şeyx Məhəmməd Məkki, koronovirusla mübarizə üçün profilaktik tədbirlərin azaldılmasından sonra Qurani-Kərimin hifzi yarışının uşaqların iştirakı ilə yenidən keçirilməsindən şad olduğunu bildirərək deyib: "Bu müsabiqənin 11-ci turu müqəddəs Ramazan ayının təravətli rəngi və qoxusu ilə müşayiət olunub".