IQNA

Qətərdə qadınlar arasında Quranın hifzi üzrə milli müsabiqə sona çatıb

17:20 - March 04, 2022
Xəbər sayı: 3491852
Qətərin Vəqflər və İslam İşləri Nazirliyinin Təbliğat və Dini İrşad Təşkilatının Qadınlar Şöbəsi altıncı dəfə keçirilən "Ədkar" Qurani-Kərim hifzi yarışının bağlanış mərasimini keçirib.

"İQNA", "Ərrayə"-yə istinadən xəbər verir ki, İslami Təbliğat və İrşad Təşkilatı müxtəlif  yaş qruplarından, o cümlədən uşaqlar, yeniyetmələr, gənclər, analar, həmçinin Qətərdə yaşayan əcnəbi vətəndaşlardan ibarət 2282 Quran tələbəsinin müsabiqənin müxtəlif bölmələrində iştirak etmək üçün qeydiyyatdan keçdiyini açıqlayıb.

Qətər Qurani-Kərimi hifz etmək üzrə “Ədkar” milli müsabiqəsinin keçirilməsində məqsəd Allahın kitabına məhəbbəti gücləndirməkdir. Daha sonra o, ailə üzvləri arasında bağı gücləndirməklə İslam icmasının üzvləri arasında birliyə nail olmağa kömək etməyi hədəfləyir.

Bu yarışlar həm də Quran mərkəzlərində təhsil alan qızların mənəviyyatını yüksəltmək və müxtəlif Quran yarışlarında iştirak edərək onları əzbərləməyə həvəsləndirmək məqsədi ilə keçirilib.

4040040

Teqlər: qətər ، qadın ، quran ، hifz ، müsabiqə
captcha