"İQNA", İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatına istinadən xəbər verir ki, bu toplantıda Beynəlxalq Kampala Universitetinin rəsmiləri, ustad və tələbələri iştirak ediblər.
İranın Uqandadakı mədəniyyət müşaviri iclasda çıxış edərək, birliyin İslam ölkələrinin inkişafındakı həyati rolunu izah edərək deyib: "Birlik yaratmaq və gücləndirməklə, dini inanc və dəyərləri yaymaqla İslam inkişafı və sivilizasiyasının bərqərar olması üçün zəmin hazırlanacaq.
O əlavə edib ki, İslam ümmətinin vəhdətindən məqsəd müsəlmanların İslam prinsipi və müsəlman cəmiyyətini təhdid edən təhlükələrə qarşı dini ortaqlıqlar əsasında həmrəylik nümayiş etdirmələridir. Həmçinin İslam ümmətini zəiflədən dini, siyasi, irqi, dil və s. fərqliliklərdən çəkinməkdir.
4029853