IQNA

Tunis Quran Radiosu yayımını bərpa edib

18:36 - November 23, 2021
Xəbər sayı: 3491252
Tunisin Quran Radiosunun rəsmi səhifəsi Facebookda elan edib ki, bir ay əvvəl Ali Media Şurası tərəfindən tutarsız bəhanələrlə dayandırılan radionun yayımı bərpa olunub.

İQNA, "Rusya Əl-yəvm"-ə istinadən xəbər verir ki, Tunisdəki Qurani-Kərim Radiosunun rəsmi Facebook səhifəsi noyabrın 22-i bazar ertəsi günü bu ölkədə "Haika" adlı Ali Media Şurası üzərində qələbə qazandığını elan edib.

Tunis Quran Radiosu Facebook-da elan edib: "Allaha şükür edirik ki, haqqın kəlamı, Haykaya qalib gəldi". Bu cümlə Quran Radiosunun xeyrinə olan məhkəmə qərarına işarə edir ki, bir aya yaxındır ki, bağlanmışdı. İndi artıq yayımını bərpa edə bilər.

Oktyabrın 27-də Media Ali Şurası və ya Vizual və Audio Kommunikasiyalar üzrə Yüksək Təşkilatı (Hayka), Quran Radiosunun bağlandığını və onunTunisdəki baş qərargahındakı avadanlıqların müsadirə edildiyini açıqlamışdı.

Bir il əvvəl də Tunis Ali Media Şurası (Haika) Tunisin Quran Radiosunun yayımını qanun pozuntuları bəhanəsi ilə dayandırmışdı.

4015503

captcha