IQNA

Tunisin "Zeytunə" Quran Radiosu, dövlət radiosu olub

12:14 - November 15, 2021
Xəbər sayı: 3491200
Tunisin dini və qurani mətbuat orqanlarından olan "Zeytunə" Quran Radiosu, ölkənin radio təşkilatına qoşulub.

İQNA, "Mosaiquefm"-ə istinadən xəbər verir ki, Tunis Dövlət Media Universitetinin baş katibi Məhəmməd Əs-Səidi deyib: "Tunisin Quran Radiosunun ölkənin radio təşkilatına birləşdirilməsi üçün tədbirlər görülüb."
Tunisin "Zeytunə" Quran Radiosunun Tunis Radio Təşkilatına qoşulması haqqında saziş, bu təşkilatın, "Əl-Kəramə" Holdinq şirkətinin nümayəndələri və hökumət nümayəndəsinin iştirakı ilə imzalanıb.

Bununla da, bu təşkilat, hazırda 11 mərkəzi və regional radiostansiyaya nəzarət edir.

Qeyd olunub ki, Tunisin "Zeytunə" Quran Radiosunun Tunis Radio Təşkilatına qoşulması, bu medianın müstəqilliyinə və fəaliyyətinin davam etdirilməsinə zəmanət verir. Çünki dini medialar, özlərini siyasi münaqişələrdən və müxtəlif qrupların istismar cəhdlərindən qorumaq üçün hökumət mərkəzləri çərçivəsində fəaliyyət göstərirlər.

Tunisin "Zeytunə" Quran Radiosu, Tunisdə 1428-ci il Ramazan ayının əvvəlində (13 sentyabr 2007-ci il) fəaliyyətə başlayan ilk dini radiostansiyadır.

4013118

Teqlər: tunis ، Zeytun ، quran radiosu ، radio ، müsəlman ، İslam ، məsci
captcha