IQNA

Kabildə xəstəxana yaxınlığında ard-arda iki partlayış törədilib

14:08 - November 02, 2021
Xəbər sayı: 3491111
Kabildə xəstəxana yaxınlığında törədilmiş terror aktı nəticəsində 15 nəfər ölüb, 35 nəfər yaralanıb.

Kabildə partlayış Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayış nəticəsində 15 nəfər ölüb, 34 nəfər yaralanıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə “Taliban” hökumətinin təhlükəsizlik xidmətinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, birinci partlayış 400 çarpayılıq xəstəxananın qarşısında, ikinci partlayış isə xəstəxananın yaxınlığında baş verib.

captcha