IQNA

"Müasir dünyada İslam həyat tərzinin üzləşdiyi çətinlikər" adlı konfrans keçiriləcək

8:37 - November 01, 2021
Xəbər sayı: 3491100
İQNA-da noyabrın 1-də, İran və Tunis mütəfəkkirlərinin iştirakı ilə “Müasir dünyada İslam həyat tərzinin üzləşdiyi çətinlikər” adlı konfrans keçiriləcək.

İQNA-nın verdiyi xəbərə əsasən, İslamşünaslıq üzrə ixtisaslaşmış beynəlxalq görüşlər silsiləsi sahəsində "Müasir dünyada İslam həyat tərzinin üzləşdiyi çətinlikər" adlı konfrans keçiriləcək. Bu konfrans, İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatının Elmi və Akademik Əməkdaşlıq Baş İdarəsinin, İranın Tunisdəki Mədəniyyət Müşavirliyinin səyləri ilə və Beynəlxalq Quran Xəbər Agentliyinin (İQNA) əməkdaşlığı və iştirakı "Skype" platformasında keçiriləcək.

Bu konfrans 1 noyabr, bazar ertəsi, Tehran vaxtı ilə saat 15:00-dan 16:00-a qədər İQNA-nın Mubin Studiosunda ərəb dilində keçiriləcək. Bu konfransı, İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatının Elmi və Akademik Əməkdaşlıq İdarəsinin baş direktoru, iranlı yazıçı və tədqiqatçı Əli Əkbər Ziai idarə edəcək.

Elmi Hövzənin və universitetin ustadı, Qumdakı Əz-Zürriyyətün-Nəbəviyyə Araşdırma İnstitutunun yazıçısı və direktoru Ayətullah Seyyid Munzir Əl-Həkim və Tunisdən İslam elmləri üzrə ekspert Bədrül-Mədani bu konfransda çıxış edəcəklər.

Maraqlananlar, elan olunmuş vaxtda "https://join.skype.com/EwqkuKA4OebN" linkinə daxil olaraq, "Müasir Dünyada İslam Həyat tərzinin üzləşdiyi Çətinliklər" adlı konfransın proqramlarından faydalana bilərlər.

4009432

captcha