İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Eastnews.org-a istinadla verdiyi xəbərə görə, Fələstinin HƏMAS hərəkatı Sabra və Şatilla qətliamı ilə bağlı bəyanat ilə çıxış edib. Bəyanatda vurğulanıb ki, bu qətliama görə birinci dərəcəli məsuliyyəti İsrail rejimi daşıyır.
"Bu qətliamı törədənlər insanlıq tarixinə qara hərflərlə yazılıblar. Heç bir siyasət bu cinayəti gizlədə bilməyəcək", - deyə bəyanatda diqqətə çatdırılıb.
Qeyd olunub ki, Fələstin xalqı qətliamın intiqamını yaxın vaxtlarda alacaq. Mənbə: Palinfo