IQNA

İƏT-dən Əfqanıstandakı münaqişə tərəflərinə çağırış

12:29 - August 23, 2021
Xəbər sayı: 3490578
İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Əfqanıstandakı münaqişə tərəflərini ölkədə sülhün bərqərar edilməsi naminə hərtərəfli dialoqa çağırıb.

İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Əfqanıstandakı münaqişə tərəflərini ölkədə sülhün bərqərar edilməsi naminə hərtərəfli dialoqa çağırıb.

Bu barədə İƏT-in Ciddə şəhərində Əfqanıstanla bağlı keçirilmiş təcili iclasının yekununa dair bəyanatda deyilir.

Həmçinin “təşkilatın Əfqanıstandakı sülh, sabitlik və milli barışığı dəstələdiyinə” dair mesajın göndərilməsi üçün İƏT-in Baş katibliyinin yüksək səviyyəli nümayəndə heyətinin Əfqanıstana göndərilməsi də təklif edilib.

İƏT Əfqanıstanın yeni administrasiyası və beynəlxalq ictimaiyyəti ölkənin yenidən terrorçuların sığınacağına çevrilməməsi istiqamətində səyləri birləşdirməyə səsləyib. /Şəfəqna

Teqlər: Əfqanistan ، taliban ، iət
captcha