IQNA

Talibanın yüksək rütbəli nümayəndələri Kabildə Məhərrəmlik mərasiminə qatılıblar

12:44 - August 18, 2021
Xəbər sayı: 3490548
Burada çıxış edən Taliban nümayəndəsi İmam Hüseynin və Aşuranın təkcə şiələr üçün deyil, sünnilər üçün də bir dəyər olduğunu bildirib.

Taliban hərəkatının yüksək çinli nümayəndələri Kabildə Məhərrəm ayı ilə bağlı keçirilən əzadarlıq məclisinə qatılıblar.

Taliban hərəkatının nümayəndələri paytaxt Kabilin mərkəzi rayonlarının birində keçirilən əzadarlıq məclisinə qatılıblar.

Burada çıxış edən Taliban nümayəndəsi İmam Hüseynin və Aşuranın təkcə şiələr üçün deyil, sünnilər üçün də bir dəyər olduğunu bildirib. Taliban nümayəndəsi İmam Hüseynin “yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmək” prinsipi uğrunda fədakarlığını anıb.

Eyni zamanda Talibanın Herat əyaləti üzrə “İrşad və Dəvət Komissiyası”nın rəhbəri Mövləvi Əhmədulla Vəsiq bəyanat yayaraq əyalətdə heç bir hərəkat üzvünün şiələrin əzadarlıq və məhərrəmlik mərasimlərinə, onların məscid və hüseyniyyələrindəki tədbirlərə maneə törətməyə haqqı çatmadığını bildirib və bu məkanlarda dini mərasimlərin azad və sərbəst olduğunu deyib. /salamnews.org

 

Teqlər: taliban ، Kabil ، aşura ، imam hüseyn
captcha