IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İmam Hüseyn (ə) hərəminin Darul-Quran idarəsi və İraqın Quran Dərnəkləri Birliyinin həmkarlığı ilə İyul ayının 28-də İraqın Mosul şəhərində Quran mövzusunda iki seminar keçirilib.
Qədir-Xum bayramı münasibəti ilə keçirilən seminarlardan biri Mosulun "ət-Təyyibə", digəri isə "əl-Qübbə" rayonlarında təşkil edilib.
İmam Hüseyn (ə) hərəminin Darul-Quran idarəsinin rəis müavini Seyid Mürtəza Cəmaluddin məlumat verib ki, seminara görə Darul-Quran tərəfindən iki heyət Mosul şəhərinə göndərilib.
Seminarlardan biri "Peyğəmbərin xütbəsində Qədir-Xum meyarları", digəri isə "İmam Əlinin (ə) qədiriyyə ziyarətnaməsində Qədir-Xum meyarları" adı ilə keçirilib. / iqna