IQNA

Ali Məqamlı Rəhbər sabah çıxış edəcək

5:52 - June 03, 2021
Xəbər sayı: 3489969
Ali Məqamlı Rəhbərin dünya və İran xalqı qarşısındakı bu çıxışı İmam Xomeyninin (r.ə) vəfatının 32-ci ildönümü münasibəti ilə ziyarətgahında Tehran vaxtı ilə saat 11:00-da başlayacaq.

Dünya müsəlmanlarının vəliyyi-əmri və İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xamenei cənabları sabah, həftənin Cümə günü, İran İslam İnqilabının banisi və İslam Cümhuriyyətinin qurucusu İmam Xomeyninin (r.ə) müqəddəs hərəmində çıxış edəcək.

Ali Məqamlı Rəhbərin dünya və İran xalqı qarşısındakı bu çıxışı İmam Xomeyninin (r.ə) vəfatının 32-ci ildönümü münasibəti ilə ziyarətgahında Tehran vaxtı ilə saat 11:00-da başlayacaq.

Dünya müsəlmanlarının vəliyyi-əmri və İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xamenei cənablarının əsərlərinin qorunması və nəşri ofisinin rəsmi informasiya portalınının verdiyi məlumata görə, şiələrin böyük təqlid mərcəsinin çıxışı İranın bütün televiziya kanallarından, sosial şəbəkələr üzərindən və eləcə də "khamenei.ir" saytından birbaşa yayımlanacaq.

Qeyd edək ki, İmam Xomeyninin (r.ə) vəfatının ildönümü mərasimi hər il mərhum imamın ziyarətgahında xalqın iştirakı ilə keçirildi. Bu il isə koronavirs pandemiyasına görə mərasimdə xalqı kütləvi iştirakı olmayacaq və təkcə Ali Məqamlı Rəhbərin virtual çıxışı ilə keçiriləcəkdir. / iqna

 

captcha