IQNA

"Nücəba" lideri İsrailə xəbərdarlıq etdi

10:44 - May 23, 2021
Xəbər sayı: 3489883
"Qazanılan qələbə münasibətilə Fələstin xalqını təbrik edirəm. İsrail radikal yəhudiləri işğal etdiyi torpaqlara yerləşdirə bilməyəcək", - deyə Şeyx Əkrəm əl-Kabi diqqətə çatdırıb.

İraqın "Müctəba" hərəkatının baş katibi Şeyx Əkrəm əl-Kabi Qəzza zolağında 11 gün baş verən müharibəyə görə açıqlama verib.  

O verdiyi açıqlamada vurğulayıb ki, İsrail eyni səhvi təkrar edərsə, müqavimət cəbhəsinin dəmir yumruğunun zərbələrinə yenidən məruz qalacaq.  

İraq müqavimət cəbhəsinin böyük müharibə üçün səbirsizləndiyini xatırladan Şeyx Əkrəm əl-Kabi düşmənə sarsıdıcı cavablar verə biləcəklərini sözlərinə əlavə edib.  

"Qazanılan qələbə münasibətilə Fələstin xalqını təbrik edirəm. İsrail radikal yəhudiləri işğal etdiyi torpaqlara yerləşdirə bilməyəcək", - deyə Şeyx Əkrəm əl-Kabi diqqətə çatdırıb. /eastnews

Teqlər: nücəba ، sionist ، qəzza ، həmas
captcha