Bəhreynin "14 fevral" hərəkatı ölkədə son günlər din xadimlərinə qarşı başladılan təzyiqləri pisləyib.
Hərəkat bu barədə bəyanat ilə də çıxış edib. Vurğulanıb ki, ölkədə insanların inancına, əqidəsinə və azad fikrinə görə təzyiqlərə məruz qalması fundamental insan haqları prinsiplərinə ziddir.
Bəhreyndə hal-hazırda diktatura rejiminin hökm sürdüyü diqqətə çatdırılan bəyanatda həm də qeyd olunub ki, xalqın dəyərlərinə hörmət etməmək bütün rejimlərin sonu olub.