İslamın rəşadətli generalı Şəhid Hacı Rəsul Heydəri və onun Bosniyanın Zavidoviçi şəhərindən olan silahdaşı Şəhid Məhəmməd Avdiçin şəhidlik zirvəsinə yüksəldikləri günün 27-ci ildönümü mərasimi İyun ayının 9-da paytaxt Sarayevonun şimaldan 30 km-liyində yerləşən Kakani şəhərinin Çatiçi rayonunda keçirilib.
Bu mərasimdə İran İslam Respublikasının Bosniyadakı səfiri Məhmud Heydəri, Höccətul-İslam MəhəmmədCəfət Zairan (Bosniyanın Farsdilli kollecinin təsisçisi), iki ölkənin dini və mədəni fəalları və yerli rəsmilər iştirak ediblər.
Mərasimdə xortvatların törətdikləri vəhşilikləri, minlərlə bosniyalı və iranlı şəhidlərin və mübarizlərin rəşadətlərini göstərən video göstərilib.
Həmçinin mərasimdə İranın rəşadətli genaralı, terrorizm, imperializm və işğalçılıqla mübarizə meydanının qəhramanı Şəhid General Qasim Süleymani və Fələstinin qeyrətli mücahidi Ramazan Abdullah Şəlləhin xatirəsi yad edilib.
Mərasimdə İran İslam Respublikasının Bosniyadakı səfiri Məhmud Heydəri məzlum Bosniya xalqının əzmkarlığı, şəhidlər və mübarizlərdən danışaraq qeyd edib ki, İran və Bosniya xalqının dostluğu və qardaşlığı şəhidlərin qanı ilə suvarılıb. Buna görə də bu dostluq və qardaşlıq möhkəm və əbədidir.
Daha sonra isə mərasimdə Kakani şəhərinin mərkəzi məscidinin imamı və İslam Cəmiyyətinin nümayəndəsi Süleyman Əfəndi Çəlikoviç şəhidlər, mücahidlər, bosniya xalqına edilən zülm və ədalətsizlik və həmçinin İran İslam Respublikasının Bosniya xalqına etdiyi köməklər barədə çıxış edib.
Qeyd edək ki, bu iki rəşadətli şəhid 27 il öncə, Bosniya müharibəsi zamanı Kakani şəhəri döyüşlərində, Qədir-Xum bayramı günü şəhid ediliblər. 3904035