IQNA

Tunisin "İslamı qəbul etmə" mərasimi təxirə salındı

10:22 - March 10, 2020
Xəbər sayı: 3486878
Tehran (IQNA) -  Tunisin hər il keçirilən ənənəvi "İslamı qəbul etmə mərasimi" koronavirusun yayılmasının qarşısını almaq hədəfi ilə təxirə salınıb.

Bu barədə Tunisin Fətva İdarəsi ötən gün, 9 Mart 2020, bəyaniyyə yayıb və bu mərasimin keçirilməsi vaxtının qeyri-müəyyən tarixə qədər təxirə salındığını elan edib.

Tunisin Fətva İdarəsinin bu addımı bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən istehza edilib.

Tunisin Fətva İdarəsinin məsullarından Fəthi Məhcub məsələyə aydınlıq gətirərək deyib: Bu addım koronavirusun yayılmasının qarşısını önləmək məqsədi ilə atılıb. Çünki bu mərasimdə iştirak edənlərin çoxu virusun geniş yayıldığı Avropa ölkələrindən, xüsusi ilə də İtaliya və Fransadan olurlar.

Fəthi Məhcub əlavə edib: Mərasim xəstəliyin qarşısı alındıqdan sonra yenidən keçiriləcək. Bu barədə mərasimdə iştirak etmək istəyənlərə də məlumat verilib.

3884265

captcha