IQNA

TƏQRİB təşkilatının baş katibi Mudiyə ismarıc göndərib

7:45 - March 07, 2020
Xəbər sayı: 3486849
Tehran (IQNA) -  İran İslam Respublikasının İslami Məzhəblərin Yaxınlaşdırılması Ümumdünya Birliyinin baş katibi hinduların müsəlmanları qətliam etməsini məhkum edib.

Höccətul-İslam vəl-müslimin Həmid Şəhriyari (İran İslam Respublikasının İslami Məzhəblərin Yaxınlaşdırılması Ümumdünya Birliyinin baş katibi) Hindistanın baş naziri Narendra Mudiyə ismraıc göndərərək ölkəsində müsəlmanlara qarşı törədilən zorakılıq, cinayət və qətliamı pisləyib.

Həmid Şəhriyarı ismarıcda yazıb: Son günlərdə Hindistanda baş verənlər dünyanın sülhsevən xalqlarının və insan haqları aktivistlərinin, xüsusi ilə də dünya müsəlmanlarının nigarançılığına səbəb olub.

O əlavə edib: Hindistan çoxməzhəbli və çoxmədəniyyətli bir ölkə olaraq indiyədək müxtəlif irqlər, dinlər və mədəniyyətlərin nümayəndələrinin sülh və barış içində yaşaması cəhətindən nümunə ölkə olmuşdur. Cənabınız "Hinduların Milli Partiyası"nın rəhbəri olsanız da öhdənizdə əzəmətli bir ölkənin idarəsi kimi ağır bir məsuliyyətiniz var. Siz ölkənin ana yasası və maraqlarına uyğun addım atmalı və Hindistanı bütün mədəni xüsusiyyətləri ilə birgə qorumalısınız. Və unutmamalısız ki, Hindistan mədəniyyətinin bir hissəsi olan müsəlmanları qorumaq məsuliyyətini də siz daşıyırsınız.

Şəhriyari vurğulayıb: Əhalinin 70 faizini hinduların təşkil etməsi sizə digər məzhəblər və dinlərin hüquqlarının qorunmasını unutdurmamalıdır. Müsəlmanlar ölkənizin 15 faizini təşkil edir və ölkəniz müsəlman çoxluğuna görə İslam dininə mənsubların üçüncü evi sayılır.

İslami Məzhəblərin Yaxınlaşdırılması Ümumdünya Birliyinin baş katibi əlavə edib: BMT-nin insan haqları qanunlarına görə məskən, həyat və iş haqları ölənizdə olan müsəlmanların təbii haqqıdır. Və bunu da təbii qarşılayın ki, sayları bizim ölkəmizin əhalisindən 2.5 dəfə çox olan müsəlmanların taleyi qarşısında biz də biganə olmamılıyıq və reaksiya verməliyik.

O, ismarıcında tarixdə baş vermiş hər bir məzhəbi və irqi radikallığın sonda məğlubiyyətə uğradığına işarə edərək deyib: Çünki radikallıq və irqçilik insan şəfərini ləkələyir, insanın fitrətinə ziddir. Din həmişə azad seçim olmalıdır. Dinlər üçün qanuni və icrayi məhdudiyyətlər yaratmaq həmişə əks nəticə verib. Və bütün dinlərin axir-zamanda ədalətin bərqərar olacağına vədə verməsi bunu zəmanət edir.

Şəhriyari sonda vurğulayıb: İslami Məzhəblərin Yaxınlaşdırılması Ümumdünya Birliyinin baş katibi olaraq ümid edirəm ki, öz vəzifənizin icarına məsuliyyətlə yanaşacaq, radikal irqçilərin cinayətlərinin qarşısını alacaqsınız, bu olaylarda zərərçəkənlərə kompensasiya ödəyəcək və cinayətkarları ədalət məhkəməsində cəzalandıracaqsınız.       

3883574

Teqlər: hindu ، mudi ، təqrib ، qətliam
captcha