IQNA

ABŞ səfirliyi önündə partlayış, yaralılar var

0:15 - March 07, 2020
Xəbər sayı: 3486847
Tehran (IQNA) -  Ötən gün (Cümə, 6 Mart 2020) Amerika Birləşmiş Ştatlarının və digər xarici ölkələrin Tunisdəki səfirlikliklərinin yerləşdiyi ərazidə intiharçı terrorçu partlayış törədib.

Ötən gün (Cümə, 6 Mart 2020) Amerika Birləşmiş Ştatlarının və digər xarici ölkələrin Tunisdəki səfirlikliklərinin yerləşdiyi ərazidə intiharçı terrorçu partlayış törədib.

Məlumata əsasən, motosikletdə olan terrorçunun özünü partlatması nəticəsində 5 təhlükəsizlik orqanı əməkdaşı və bir qeyri-hərbiçi şəxs müxtəlif dərəcəli xəsarətlər alıb.

Özünə partlayıcı kəmər bağlamış terrorist Amerika səfirliyinə gedən yolda, Büheyrə rayonu ərazində təhlükəsizlik qüvvələrinin partul maşınını partladıb.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım maşınları cəlb olunub.

Hələlik heç bir qruplaşma terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.

Tunisin rəsmi informasiya qaynaqları intiharçı terrorçuların iki nəfər olduğunu qeyd ediblər.

3883536

 

captcha