IQNA

Quran müəllimləri üçün təlim kursları keçirilir

7:50 - August 03, 2019
Xəbər sayı: 3485633
İranın Herat şəhərindəki Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü və Herat Təhsil və Mədəniyyət Müəssisəsinin həmkarlığı ilə keçirilən bu kursların əsas hədəfi peşəkar Quran təlimçiləri yetişdirməkdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əfqanıstanın Herat şəhərində Quran müəllimləri üçün ixtisaslaşdırılmış Quran təlimi kursları keçirilir.

İran İslam Respublikasının Herat şəhərindəki Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü və Herat Təhsil və Mədəniyyət Müəssisəsinin həmkarlığı ilə keçirilən bu kursların əsas hədəfi peşəkar Quran təlimçiləri yetişdirməkdir.

Quran müəllimlərinin tədris metodlarının təkmilləşdirilməsi kursları Herat şəhərinin məktəblərinin müdir və müəllimlərinin iştirakı ilə İyul ayının 30-da Heratın "Quran və İtrət" təhsil və mədəniyyət müəssisəsində başlayıb.

Kurslarda müəllim, təlimçi, tərbiyəçi və Quran sahəsində bu kimi digər fəaliyyəti olanların tədris bacarıqları inkişaf etdirilir.

Günün hər iki yarısında təşkil edilən bu kurslar 12 gün davam edəcək. Kursların sonunda verilən buraxılış imtahanlarından sonra iştirakçılara bu barədə şəhadətnamə veriləcəkdir.

http://iqna.ir/fa/news/3831637

captcha