İraqın müxtəlif yarışlarda uğur qazanmış ən yaxşı Quran qarisi və hafizi olan qız şagird və tələbələri Nəcəf şəhərində İmam Əlinin (ə) müqəddəs hərəmində keçirilən mərasimdə mükafatlandırıldılar.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "QAF" (İraqın Quran xəbər agentliyi) informasiya portalına istinadla verdiyi xəbərə görə, bu mərasim İmam Əlinin (ə) ziyarətgahının nəzdində fəaliyyət göstərən Qurani-Kərim Mərkəzinə bağlı "Xanımların Quran Evi Müəssisəsi"nin Nəcəf şəhəri şöbəsinin təşəbbüsü ilə təşkil edilib.
Mərasimdə İmam Hüseyn (ə) ziyarətgahı tərəfindən keçirilən "IV Quran yarışları", "ət-Təmmar" xeyriyyə müəssisəsinin Quran yarışları, məktəblərin Quran yarışları və "Xanımların Quran Evi Müəssisəsi"nin Quran hifzi və qiraəti yarışlarında üstün yerləri qazanmış şagirdlərə hədiyyələr verilib.
http://iqna.ir/fa/news/3828468