IQNA

Şeyx İsa Qasim:

Əsrin sazişi, Fələstin məsələsinə qarşı məkirli plandır

13:52 - May 28, 2019
Xəbər sayı: 3485208
Məşhur bəhreynli ruhani Şeyx İsa Qasim deyib: "Əsrin sazişi" adlandırılan layihənin təqdimində məqsəd Amerika, sionist rejim və bəzi ərəb hökmranlarının Fələstin məsələsinə qarşı müştərək məkirli planıdır.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki,  Şeyx İsa Qasim deyib: Əsrin sazişi adlandırılan plan Tramp və Netanyahu tərəfindən ortaya atılıb və bəzi ərəb hökumətləri onunla əməkdaşlıq edir, Fələstin xalqının hüquqlarının tapdalanmasını qarşıya məqsəd qoyan bu planın icra məsuliyyətini öz üzərlərinə götürüblər. 

Bəhreynli tanınmış ruhani deyib: Əsrin sazişi, onunla əməkdaşlıq edən və onu dəstəkləyən hər bir kəsə rüsvayçılıq gətirən cinayətdir. 

Şeyx İsa Qasim deyib: Bu plan Fələstin amalını hədəfə alan növbəti məkirli plandır halbuki, heç bir hökumət şəri və qanuni baxımdan fələstinlilərin dilindən danışmaq səlahiyyətinə malik deyil. 

captcha