IQNA

Türkmənistanlı yeniyetmələr ANA məqamını hörmətlə yad etdilər – Foto

23:39 - February 25, 2019
Xəbər sayı: 3484753
Sabah, 26 Fevral 2019-cu il, "Yaxşılıqlar Anası" bayramı münasibəti ilə keçiriləcək mərasimdə ən yaxşı imtiyaz qazanmış 20 rəsm əsəri, 10 məqalə və 3 xatirə sahibinə hədiyyələr veriləcək.

Türkmənistanlı yeniyetmələr ANA məqamını hörmətlə yad etdilər – FotoİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkmənistanın paytaxtı Aşqabad şəhərində İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsi tərəfindən Həzrət Zəhranın (s) mövlud bayramı münasibəti ilə rəsm müsabiqəsi keçirilib.

Rəsm yarışında iştirak edən Türkmənistanlı yeniyetmələr bu vasitə ilə öz analarına olaran sayğı və ehtiramlarını sərgiləyiblər.

Analar günü münasibəti ilə keçirilən rəsm yarışlarına rəsm əsərləri, xatirə yazıları və məqalələr göndərilib.

Ümumilikdə yarışda 86 rəsm əsəri və 20 məqalə və xatirə yazısı iştirak edib.

Seçilmiş ərəslər İran İslam Respublikası Mədəniyyət Əlaqələri İdarəsində sərgiyə çıxarılıb.

Sabah, həftənin ikinci günü, 26 Fevral 2019-cu il, "Yaxşılıqlar Anası" bayramı münasibəti ilə keçiriləcək mərasimdə ən yaxşı imtiyaz qazanmış 20 rəsm əsəri, 10 məqalə və 3 xatirə sahibinə hədiyyələr veriləcək.    

http://iqna.ir/fa/news/3793318

Teqlər: fatimə ، mövlud ، türkmənistan
captcha